Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015 / 12:21

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Bloqlar” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Mədəniyyət, incəsənət və turizm saytları” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Filarmoniya.az”, “Hotel Astoria Baku”, “GoTrip.az”, “BakuTours”, “Melekxanim.com”, “Ramada Plaza Gəncə”, “Bulbulmuseum.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

BakuTours - Bakıya gələn xarici qonaqlar üçün pulsuz və ödənişli turlar portalıdır. Baku Tours BakuExplorer.com saytının layihəsidir. Sayt 2015-ci ilin iyul ayından fəaliyyət göstərir. Saytda Bakı gəzintisi, Qobustan və palçıq vulkanları, həmçinin əyləncə xarakterli turlar əks olunub. Baku Tours saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Ramada Plaza Gəncə - Ramada Plaza Gəncə hotelinin rəsmi saytıdır. Hotelin istifadəçilərə təqdim etdiyi xidmətlərlə saytda tanış ola bilərsiniz. Burada hotel tərəfindən müştərilərə təklif olunan yemək menyusu, otaqların şəkilləri, hotelin yerləşdiyi ünvan və s. haqqında ətraflı məlumat verilib.

Bulbulmuseum.az - Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbül haqqında məlumat əldə etmək istəyirsinizsə bu sayta müraciət edə bilərsiniz. Sənətkarın yaradıcılığı, mükafatları, musiqiləri, həyat yolunu əks etdirən şəkilləri və s. saytda istifadəçilərə təqdim olunub. Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

GoTrip.az - Onlayn tur platformasıdır. GoTrip.az - turizm agentliklərinin təqdim etdiyi turları bir platformada birləşdirməklə, istifadəçilərə rahat axtarış, turlara baxış, müqayisə və tur sifariş imkanı verən onlayn platformadır. İstifadəçilər eyni zamanda maraqlı məlumatlar bölməsindən gündəlik yenilənən maraqlı məlumatlarla tanış ola bilirlər. Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

Melekxanim.com - Azərbaycan Respublikasının Xalq Artisti, Mədəniyyət və İncəsənət universitetinin professoru Mələkxanım Eyyubova haqqında yaradılan saytdır. Sənətkarın fəaliyyəti, musiqiləri, iştirak etdiyi tədbirlər, şəkilləri ilə saytda tanış ola bilərsiniz.

Hotel Astoria Baku saytı - Astoria Baku hotelinin rəsmi internet səhifəsidir. Hotelin təqdim etdiyi xidmətlər, vizual görünüşünü əks etdirən foto-şəkilləri, ünvanı haqqında saytda geniş məlumat əldə edə bilərsiniz.

Filarmoniya.az – Azərbaycan Dövlət Filarmoniyasının rəsmi internet səhifəsidir. Filarmoniyanın fəaliyyətini, burada təşkil olunan tədbirlərin foto-şəkillərini, tədbirlər planını saytdan izləyə bilərsiniz. Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə