Milli Net müsabiqəsinin təqdimat mərasimi canlı yayımlanır

17-12-2015 / 17:50

Hazırda Bakıda   Milli İnternet Mükafatı –Milli Net 2015   müsabiqəsinin təqdimat mərasimi keçirilir.

Xeberler.az-ın məlumatına görə, bu gün qaliblərinin adları açıqlanacaq. 

Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Səsvermə üç istiqamət üzrə iki mərhələdə keçirilib.

Qeyd edək ki, təqdimat mərasimi  Xeberler.az-ın YouTube kanalından və millinet.az saytlarından canlı yayımlanır.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in  xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Qaliblərə və digər yerləri tutanlara həmçinin BestComp şirkəti və Aromania.az-ın hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.

Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə