Milli oyunlarımız mobil qurğularda - Rubrika

23-07-2015 / 13:08

Xeberler.az olaraq “Milli mobil tətbiqlər” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan rubrikamızda bu dəfə Oyun kateqoriyasi üzrə milli mobil tətbiqləri araşdırıb. Bu kateqoriya üzrə milli mobil tətbiqlərimizin bir qismi haqqında qısa məlumatı təqdim edirik.

10.Bakiya sefer

Hazırlayan           Two Morons
Yüklənmə sayı     500 - 1 000
Ödəniş:               Pulsuz 
Platforma :           Android

 

 

“Bakıya səfər” adlı tətbiqi oynayan zaman Bakının müxtəlif gəzməli yerlərinə səfər etmək mümkündür. Oyundan istifadə tamamilə pulsuzdur və bezdirici reklamlar yoxdur.

 

9.EduCafe - Bilik yarışı

Hazırlayan – Toğrul Cəfərli
Yüklənmə sayı – 1000-5000
Ödəniş:  Pulsuz
Platforma :   Android

 

EduCafe - Bilik yarışı oyunu intelektual səviyyənizi ölçə biləcəyiniz mobil tətbiqdir. Oyunun qaydasına əsasən, hər suala görə 100 xal qazanırsınız. Bundan əlavə özünüz də oyuna sual göndərə bilərsiniz.

 

 8.Bilik Yarışı 

Hazırlayan            Anbrothers
Yüklənmə sayı       1 000-5 000
Ödəniş:                 Pulsuz
Platforma :            Android

 

Digər intellektual oyunlardan fərqi rəqib seçmə imkanıdır. Qeydiyyatdan keçmiş istədiyiniz şəxsi duelə dəvət edə bilərsiz. Bundan əlavə digər oyunlara baxmaq imkanınız da olacaq.

 

7.Azerbaijan Soldier 3D

Hazırlayan            Android Dev.Corp.
Yüklənmə sayı      5 000-10 000
Ödəniş:                Pulsuz
Platforma :           Android

 

Azerbaijan Soldier  oyunu qəhrəman Mübariz İbrahimova həsr olunub. 3D qrafikaya sahib oyun asan idarə edilməsi ilə seçilir.

 

6.Doğru yoxsa yanlış

Hazırlayan            Anbrothers
Yüklənmə sayı      10 000-50 000
Ödəniş:                 Pulsuz
Platforma :             Android

 

Doğru yoxsa yanlış – oyununun qaydasına görə suallara ya dogru ya da yanlış cavabları verəcəksiniz. Oyun Azərbaycan dilindədir və burada daim yeni məlumatlar öyrənmək imkanınız var.

5.Gobustan

Hazırlayan – Emin Quliyev
Yüklənmə sayı – 10 000-50 000
Ödəniş:  Pulsuz
Platforma :   Android və iOS

Oyun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Azərbaycanın qədim tarixini əks etdirən oyunda maraqlı hadisələrlə qarşılaşacaqsınız.

 

4.Mən Azərbaycanlıyam

Hazırlayan            MobAppHome
Yüklənmə sayı      100 000-500 000
Ödəniş:                Pulsuz
Platforma :           Android və iOS

Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş onlayn yarışma RYTN tərəfindən maliyyələşdirilib. Yarışmanın əsas məqsədi milli-mədəni irsimizin tanıdılması və təbliğidir. Oyunun sualları beş kateqoriyaya bölünüb və istədiyiniz kateqoriyanı seçməklə oyuna başlaya bilərsiniz.

 

3.Söz ovçusu

Hazırlayan – Fugo
Yüklənmə sayı – 100 000-500 000
Ödəniş:  Pulsuz
Platforma :   Android və iOS

 

Söz ovçusu mobil tətbiqi ilə Azərbaycan dilində nə qədər çox söz bildiyinizi müəyyən edə biləcəksiniz. Oyunun qaydasına görə, verilən hərflərdən bəlli bir vaxt ərzində müxtəlif sözlər düzəltməlisiniz.

2.Milyonçu

Hazırlayan – Yusuf Özkan
Yüklənmə sayı – 100 000-500 000
Ödəniş:  Pulsuz ,ödənişli
Platforma :    iOS

 

Bir zamanların məşhur yarışması Milyonçunun mobil tətbiqidir. Mobil tətbiqdə oyunun bütün qaydaları olduğu kimi verilib. Həm ödənişli, həm də pulsuz versiyalarından istifadə edə bilərsiniz.

 

1.SözTap

Hazırlayan –Kənan Məmmədov
Yüklənmə sayı – 100 000-500 000
Ödəniş:  Pulsuz
Platforma :   iOS

Mili oyun tətbiqləri arasında ən çox yüklənən SözTap mobil tətbiqi yalnız iOS əməliyyat sistemində mövcuddur. Oyunun qaydası verilən 4 şəkilə uyğun söz tapmaqdır. Həmçinin mobil tətbiq cavabını bilmədiyiniz sual üçün kömək almaq imkanı yaradır.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə