Milli peyklə bağlı üç ölkə ilə müqavilə imzalanacaq

23-07-2010 / 23:58

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yunanıstan, İtaliya və Rusiya (“İntersputnik”) ilə peyk şəbəkələrinin əlaqələndirilməsi məqsədilə danışıqlar aparır. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu ilin sonunadək bu üç ölkə ilə müvafiq müqavilələrin imzalanması gözlənilir. Növbəti mərhələdə Avropa və MDB ölkələri ilə danışıqların aparılması nəzərdə tutulub.

Azərbaycanın orbitə çıxaracağı “Azersat” milli peyk şəbəkələrinin orbital mövqeyinin yerləşəcəyi dərəcə 30-a yaxın ölkə ilə koordinasiya edilməlidir. Bu əlaqələndirmənin keçirilməsi gələcəkdə peyklər orbitə çıxarıldıqda, onların bir-birinə maneçilik törətməməsini təmin edir. Milli peyk Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə Asiyanın yarısını əhatə edəcək.

Azərbaycan peykin imkanlarının yalnız 20 faizini istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Peykin imkanlarının 40 faizi artıq Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

mənbə: AZERTAC


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə