Milli saytlarımızdan faydalanın - Rubrika

06-08-2015 / 14:03

Xeberler.az olaraq “MİLLİ RESURSLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan layihəmizdə bu dəfə buro247.azpanorama.azbebe.az saytları haqqında qısa məlumat təqdim edirik.

buro247.az- Beynəlxalq Media portalı

Dizayn: Ən müasir veb texnologiyaları əsasında qurulan sayt göz oxşayan dizayna malikdir. Saytda vahid rəngdən və yüksək keyfiyyətli qrafikadan istifadə olunub. Tərtibat nəzərdə tutulan auditoriyaya uyğun hazırlanıb.

Məzmun: Sayt dəb, gözəllik, media, mədəniyyət, incəsənət, memarlıq, dizayn, texnologiya, avtomobil və idman sahəsindəki yeniliklərdən bəhs edir.

Funksionallığı: Sayt funksionallıq baxımından da çox rahatdır. Axtarış sistemi və xüsusi kateqoriyalar vasitəsi ilə axtardığınız məlumatı asanlıqla tapa bilərsiniz.

 

panorama.az- Onlayn virtual tur

Dizayn: Saytın tərtibatı müasir veb texnologiyaları əsasında qurulub. Dizayn cəhətdən sayt çox gözəl formada hazırlanıb.

Məzmun: Saytda Azərbaycanın şəhər və rayonlarının abidələrinin, tarixi yerlərinin, mərkəzi küçələrinin, inzibati binalarının və özəl obyektlərinin onlayn 3D virtual turları yerləşdirilib.

Funksionallığı: Saytın strukturu və naviqasiya sistemi çox funksionaldır. Hər bir tur kateqoriyalara uyğun yerləşdirilib ki, bu da istifadəçinin asanlıqla saytdan istifadə etməsini təmin edir.

 

bebe.az- İntellektual uşaq portalı

Dizayn: Saytın dizayn tərtibatı çox əyləncəli üslubda hazırlanıb. Saytda rənglər çox gözəl balanslaşdırılıb. Müasir veb texnologiyaları əsasında hazırlanan saytın dizaynı nəzərdə tutulan auditoriyaya uyğun tərtib olunub.

Məzmun: Saytda uşaqlar üçün nağıllar,mahnılar,cizgi filmləri,oyunlar və tədris vəsaitləri yerləşdirilib.

Funksionallığı: Saytın funksionallığını yoxlayarkən axtarış sisteminin işləməməsinin şahidi oluruq. Ancaq saytda yerləşdirilən hər bir məlumat kateqoriyalara uyğun yerləşdirilib. Saytın strukturu çox gözəl hazırlanıb. 

 

         Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə