Milli saytlarımızdan yararlanın - Rubrika

14-08-2015 / 11:46

Xeberler.az olaraq “MİLLİ RESURSLAR” rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan layihəmizdə bu dəfə telebe.azcv-az.com, azrestoran.az  saytları haqqında qısa məlumat təqdim edirik.

telebe.az- Tələbə portalı

Dizayn: Saytın görünüşü sadə olsa da, tərtibatında müasir veb texnologiyalardan istifadə olunub. Saytın üslubunda vahid rəngdən və qrafikadan istifadə olunub.

Məzmun: Saytda Azərbaycanda və dünyada tələbə həyatında baş verən hadisələr, seminarlar, treninqlər, tələbə mübadilələri, xaricdə təhsil və iş imkanları haqqında ətraflı məlumat verilr. Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarları, qanun layihələri və gələcək planları barədə tələbələrə məlumat verilir. 

Funksionallığı:  Axtarış sisteminin yüksək səviyyədə işləməsi və məlumatların kateqoriyalara uyğun  düzgün yerləşdirilməsi saytın funksionallığının yüksək səviyyədə olduğunu göstərir. Saytın ümumilikdə strukturu və naviqasiya sistemi çox funksional qurulub.

 

azrestoran.az- Restoranlar portalı

Dizayn: Saytın dizayn tərtibatında ən müasir veb texnologiyalardan istifadə olunub. Balanslaşdırılmış rəng və yüksək qrafika seçimi saytı daha da müasir göstərir.

Məzmun: Saytda Azərbaycanın restoranları, barları və pabları haqqında ətraflı məlumatlar, xəbərlər yerləşdirilib. Bundan əlavə restoranlarda menyuda olan yeniliklər haqqında, ölkənin müxtəlif məkanlarında keçirilən tədbirlər haqqında ətraflı məlumat ala bilərsiniz.

Funksionallığı: Sayt funksionallıq baxımındanda əlverişlidir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytın naviqasiya və axtarış sistemi də çox gözəl qurulub. Saytda ümumi və restoranların xüsusiyyətlərinə  axtarış sistemi mövcuddur ki, bununla da istifadəçi asanlıqla axtardığı məlumatı tapa bilir. Saytın ən gözəl funksiyalarından biri də  restoranlarda  masaların öncədən sifariş olunması sistemidir.

 

cv-az.com- Vakansiya portalı

Dizayn: Ultra müasir üslubda tərtib olunan saytın hazırlanmasında ən müasir veb texnologiyalardan istifadə olunub. Saytın görünüşü nəzərdə tutulan auditoriyaya uyğun hazırlanıb.

Məzmun: Saytda vakansiyalar və CV-lər yerləşdirilib.

Funksionallığı: Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Funksionallıq baxımından sayt çox gözəl proqramlaşdırılıb. Hər bir vakansiya uyğun kateqoriyalar üzrə yerləşdirilib. Həm də burada  asanlıqla öz CV-nizi yerləşdirə və istədiyiniz vakansiyada iş axtara bilərsiniz. 

                                  

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə