Milli saytlarımızı tanıyaq və faydalanaq

09-07-2015 / 13:17

Xeberler.az olaraq “MİLLİ SAYTLAR” rubrikası çərçivəsində yeni yazını təqdim edirik.

Bu yazıda biz oxucularımız üçün milli İnternet resurslarımız haqqında qısa xülasə təqdim  etməyin faydalı olacağını düşündük.

İlk olaraq video.az , turizm.az, medsayt.az saytları haqqında qısa məlumat təqdim edirik.

Video.az Video Portalı

Dizayn:  Dizayn baxımından saytda ən müasir web texnologiyalardan istifadə olunub. Sayt sadə və gözəl görünüşə malikdir. Bununla belə saytda reklamların da çox olduğunun şahidi oluruq.

Məzmun: Saytda yerli və xarici videolar, kinolar, seriallar və müxtəlif qurumların video kanalları  yer alır ki, bu da saytın daha böyük məlumat bazasına malik olduğunu göstərir. Hazırda saytın məlumat bazasında 109307 video, 7908 kino, 391 kanal yerləşdirilib.

Funksionallığı: Sayt 5 dildə fəaliyyət göstərir ki, bu da saytın beynəlxalq səviyyədə tanınmasını təmin edir. Saytın axtarış sistemi də daha funksional yığılıb ki, bu da istifadəçilərin rahat bir şəkildə saytdan istifadə etməsini təmin edir. Funksionallıq baxımından sayt çox gözəl hazırlanıb. 

 

 Turizm.Az Səyahət Şirkəti 

Dizayn: Saytın dizaynının hazırlanmasında ən müasir web texnologiyalarından istifadə olunub. Rəng seçimində qırmızı rəngdən daha çox istifadə olunub. Ümumi şəkildə desək, saytın dizaynı gözəl görünüşə  malikdir.

Məzmun: Saytda turların, otellərin, aviabiletlərin qiymətləri haqqında məlumat, səyahət edəcəyiniz ölkələr haqqında məlumatlar yer alır.

Funksionallıq: Funksionallıq baxımından sayt istifadəçi üçün çox rahatdır. Ancaq nəzərdən keçirdiyimiz zaman axtarış sistemlərinin işləmədiyinin şahidi oluruq. Bundan əlavə saytda faydalı xidmətlər bölməsi də işləmir.

 

Medsayt.az  Tibbi portal 

Dizayn: Saytın hazırlanmasında sadə texnologiyalardan istifadə olunsa da, sayt çox gözəl  görünüşə malikdir. Bundan başqa saytda reklamların çox olduğunu görürük.

Məzmun: Saytdan tibbi yeniliklər, tibbi xəbərlər, tibbi məsləhətlər, medical shopping və həkimlər haqqında ümumi məlumat əldə edə bilərsiniz.

Funksionallıq:  Saytda 3 növ axtarış sistemi saytın daxili axtarış sistemi, Google axtarış sistemi və dərmanların axtarışı sistemi yer alır. Bundan başqa saytda onlayn kömək də fəaliyyət göstərir. Ümumilikdə sayt istifadəçi üçün çox rahat bir şəkildə hazırlanıb.

 

Hazırladı: Ağasəf Haqverdiyev

 

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə