MilliNet 2016-nın qalibləri açıqlanıb-Fotolar

23-12-2016 / 10:50

Dünən Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı- MilliNet 2016 qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində MilliNet Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, MilliNet 2016-ya 11 nominasiya üzrə 303 internet resurs təqdim olunduğunu və onlardan yalnız 238 saytın yarışmaya buraxıldığını bildirib.

Osman Gündüz  Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  münsiflər heyəti 2-ci səsvermə prosesində 74 Nominant arasından ən yaxşılarını seçdiyini deyib.

AİF prezidenti  müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  nazirliyi, Delta Telecom, BestComp , Lenovo və Aromania şirkətlərinə minnətdarlığını bildirib.

O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasimində çıxış edən RYTN-nin rəsmisi Tahir Məmmədov son dövrlər ölkədə İKT-nin inkişafı üçün vacib addımların atıldığını vuğulayaraq bu sahənin önəmindən danışıb.

Onun sözlərinə görə, Nazirlik tərəfindən də bu istiqamətdə ciddi işlər görülür. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayıb:

“Nazirlik İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və Fəvvarələr meydanı ərazilərini ictimai Wi-Fi şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq”.

Daha sonra çıxış edən qurum və şirkət  rəhbərləri Milli Net müsabiqəsinin ölkədə internetin, xüsusilə də mobil internetin  və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara mükafatlar, diplomlar və hədiyyələri təqdim edilib.

Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.

Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və müsabiqənin davamlı olmasını arzuladıqları bildirib.

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Tədbirin  bütün fotoları ilə buradan tanış ola bilərsiniz.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.

Delta Telecom, Lenovo, BestCom və Aromania.az şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

MilliNet müsabiqəsi artıq 8-ci ildir ölkəmizdə keçirilir.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə