MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017 / 12:18

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfə MilliNet-in “Korporativ saytlar” və “İctimai –sosial saytlar” Nominasiyası üzrə saytların adlarını təqdim etmişdik.

Bu dəfə isə “Media və İnformasiya”“Mədəniyyət, incəsənət və turizm saytları” Nominasiyası üzrə nominant statusu alan saytlar barədə məlumat verəcəyik.

“Media və İnformasiya”

Bunlar “Bgz.az”, “Sportline.az”, “Yenicag.az”, “Feniks.az”, “Qhtxeber.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Bgz.az- Game Zone Azərbaycanda ilk və yeganə oyun xəbərləri saytıdır. Saytda video oyunlar haqqında xəbərlər və icmallara yer verilir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Sportline.az- Saytı idman xəbərlərini fərqli formada oxucuların diqqətinə çatdırmağı qarşıya məqsəd qoyub. AFFA yanında Media Komitəsinin üzvü olan SportLine.az qurumun bir neçə layihəsini icra edib. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Yenicag.az- Sayt vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.  Sayt 3 dildə ( Azərbaycan, türk, rus) fəaliyyət göstərir.

Feniks.az-  Sayt daha əlçatan və asan başadüşülən informasiyalarla təmin olunması üçün yaradılıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Qhtxeber.az- Portalıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihərlə tanış olmaq olar. Sayt 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

“Mədəniyyət, incəsənət və turizm saytları”

Bunlar “Terratravel.az”, “Musicacademy.edu.az”, “Fontlar.info”, “Travelnews.az”, “Jintravel.com” saytlarıdır.

Terratravel.az- Sayt turizm sektorunda etibarlı, üstün xidmət keyfiyyəti və peşəkar kadr potensialı ilə ölkə turizmi və iqtisadiyyatına fayda verən bir şirkət olmağı hədəfləyib. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Musicacademy.edu.az- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası yarandığı gündən etibarən tarixi fəaliyyəti saytda geniş əks olunub. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Fontlar.info- Saytın prinsipi "Ə" hərfinin fontlara necə əlavə edilməsini və mövcud fontlarda necə göründüyünü, heç də tərs "e" olmadığını göstərməkdir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Travelnews.az- Sayt turizm sənayesi peşəkarları, turizm üzrə elmi araşdırmaçılar və tələbələr üçün Azərbaycanda ən aparıcı onlayn məlumat mənbəyidir. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Jintravel.com- Sayt aviabiletlərin, turların və otellərin onlayn satışı üçün hazırlanmış qlobal bir proyektdir. Saytda ayrı ayrı ölkələrin turizm şirkətlərinin turları, yerli şirkətlərin daxili və xarici turları, ölkələr haqqında detallı turizm məlumatları, hava məlumatı, aviabiletlərin və otellərin onlayn axtarışı və sifarişi var. Sayt 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə