MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017 / 12:03

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfə MilliNet-in “Elm və Təhsil”“Elektron hökumət”  Nominasiyası üzrə saytların adlarını təqdim etmişdik.

Bu dəfə isə “Xidmət-Servis”, “Elektron ticarət” Nominasiyası üzrə nominant statusu alan saytlar barədə məlumat verəcəyik.

“Xidmət-Servis”

Bunlar “Azscore.az”, “Tedbirli.com”, “İnsure.az”, “Huquq.online”, “Sayt.az”  resurslarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Azscore.az-Saytda U19, U17, Qadın futbolu da daxil olmaqla 100-lərlə çempionatın Canlı Futbol Nəticələri,  futbol oyunlarının arxivi,  oyunçular və komandalar haqqında məlumatlar yer alıb. Resurs 4 dildə ( Azərbaycan, türk ingilis, rus) fəaliyyət göstərir.

Tedbirli.com- Sayt özəl günlərin rahat formada keçirilməsi üçün  imkanlar və endirimli qiymətlər təklif edir. Platformada ad günü, konfrans, toy və digər tədbirləri təşkil etmək mümkündür. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

İnsure.az- Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalıdır.  Sayt 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Huquq.online-  Sayt  ölkədə ilk olaraq hüquq xidmətlərini elektron qaydada təqdim edən innovativ startapdır. Resurs 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Sayt.az- Burada mobil, tablet və ya veb üzərindən funksional sayt hazırlama imkanı yaradır. Resurs 4 dildə (Azərbaycan, türk ingilis, rus) fəaliyyət göstərir.

“Elektron ticarət”

Bunlar “Toxumcu.az”, “Tekerstore.az”, “Bodycare.az”, “Shop.az”, “Login.az”, “Arshinmalalan.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Toxumcu.az- Saytın məqsədi fermer və kəndliləri toxum, şitil, ting, gübrə və avadanlıqlarla təmin etmək, sərfəli alqı-satqı həyata keçirməklə kəndlilərin gəlirlərini və sosial rifahını daha da artırmaqdan ibarətdir. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Tekerstore.az- Sayt təkər bazarı ilə bağlı  geniş çeşid sırası və endirimli qiymətlər təqdim edir. Resurs 2 dildə ( Azərbaycan, rus) fəaliyyət göstərir.

Bodycare.az – Sayt internet mağazada dünyanın 50-dən çox aparıcı dekorativ kosmetika və qulluq vasitələri markasının məhsulları təqdim olunur. Resurs 2 dildə (Azərbaycan, rus) fəaliyyət göstərir.

Shop.az- Azərbaycanın onlayn ticarət mərkəzidir. Resurs yalnız Azərbaycanda dilində fəaliyyət göstərir.

Login.az- Sayt istifadəçilərə axtardığı kitabları rahatlıqla tapmaq və onlayn sifariş etmək imkanı yaradır. Sayt üzərindən sifariş olunan kitablar ünvanlara çatdırılır.Resurs 3 dildə  Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Arshinmalalan.az- Sayt müxtəlif növ avadanlıq və məhsulların onlayn satışını həyata keçirir. Resurs 2 dildə ( Azərbaycan, rus) fəaliyyət göstərir. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.