MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb

22-11-2018 / 11:25

Milli İnternet Mükafatı – MilliNet 2018-də internet  resursların qeydiyyatı başa çatıb və 1-ci səsvermə mərhələsi başlayıb.

Xeberler.az  bildirir ki, bu il müsabiqəyə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilib (ötən il bu rəqəm 392 olub).  Mobil tətbiqlər üzrə 2 Nominasiyada rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı resurslar digər uyğun Nominasiyalara keçirilib. Beləliklə hazırda MilliNet2018-ə təqdim edilən 406 resursdan 302 resurs 17 Nominasiya üzrə ən yaxşı internet resurs statusu qazanmaq üçün yarışmada iştirak edəcəklər. Onlardan 164-ü saytlar, 37 -si mobil tətbiqlər və 101-i sosil media resurslarıdır.

İndiyədək Qaydalara uyğun olmayan  104 internet resursun müsabiqəyə qəbulundan imtina edilib. MilliNet Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan yenidən müraciət edə bilərlər. Hazırda MilliNet.az –da qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər. Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.

21 noyabr tarixdən 1-ci mərhələ qiymətləndirmə prosesi başlayıb və dekabrın 2-si saat 00.00-da başa çatacaq.  1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-dək yekunlaşacaq.

Bu il saytları üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək.  Münsiflərə aidiyyatı olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir. Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.

Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub. Hazırda qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru AzerTelecomşirkətidir. Eyni zamanda müsabiqəyə Lenovo,  BestCompİnnovasiyalar MərkəziNOVA və NEURON  şirkətləri də dəstək verirlər.

Ətraflı məlumat almaq üçün www.millinet.az saytına daxil ola bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.