MilliNet 2018-in Nominantları seçilib

05-12-2018 / 13:52

Milli Net 2018 müsabiqəsində qiymətləndirmənin 1-ci mərhələsi başa  çatıb.  Bu il Müsabiqəyə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilmişdi. Onlardan  yalnız Qaydalara uyğun olan 300 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu il  mobil tətbiqlər 4 Nominasiyada  və sosial media resursları 3 mxtəlif Nominasiyada msabiqəyə qatılıblar.

Xeberler.az  bildirir ki, müsabiqəyə qəbul olunan  161 sayt ,  33 mobil tətbiq və 108 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən  20 münsif iştirak edib.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 19 Nominasiya üzrə 300 resurs arasından ən yaxşılar olan 105 internet resurs  ( 61 sayt,  20  mobil tətbiq və 24 sosial media resursu ) Nominant statusu alıb. Bu internet resurslar  2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı  www.millinet.az da yerləşdirilib.

Səsvermənin 2-ci mərhələsi 05 dekabr tarixdə başlayacaq və  15 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  21 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in  xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq. İkinci və Üçüncü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq. Qaliblərə həmçinin  hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir. Müsabiqəyə LENOVOBestCompNOVANEURONİnnovasiya Mərkəzi  şirkətləri də dəstək verirlər. Ətraflı məlumat almaq üçün www.millinet.az  saytına daxil ola bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.