MilliNet 2018-in qaliblərini tanıyaq

28-12-2018 / 14:41

21 dekabr tarixdə Parkİnn  Hotelində Milli İnternet Mükafatı - Milli Net 2018  qaliblərinin yekun təqdimat mərasimi keçirilib. Milli Net 2018-də 19 Nominasiya üzrə 406 internet resurs təqdim olunub və onlardan yalnız 300 resursu yarışmaya buraxılıb. Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik  Münsiflər Heyətindən 21-i səsvermədə iştirak edib. 

Xeberler.az olaraq hər bir nominasiya üzrə qalib statusu qazanan saytlar haqqında məlumatı oxuculara təqdim edirik :

“Korporativ saytlar”

I yerin sahibi

 "Quality Solutions”(kuoliti soluşn) MMC konsaltinq və marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət biznesin demək olar ki, bütün seqmentləri üzrə məsləhət xidmətləri, marketinq araşdırması və kommunikasiyası, ictimaiyyətlə əlaqələr, pozitiv imicin qurulması, bizneslərin üzləşdikləri problemlərin təyini və bu problemlərdən ən optimal çıxış yollarının və həllərinin axtarılması və digər müxtəlif biznes həllərin təqdimi üzrə ixtisaslaşıb.

II yerin sahibi :

“Fireland Vineyards” (fayələnd vaynyads)Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri ilə Avropanın müasir texnologiyalarının birləşdiyi bir yerdir. Xəzər dənizi sahilinin və Böyük Qafqaz dağətəyi zonasının qeyri -adi terruarını inkişaf etdirərək dünyaya təqdim edir.

III yerin sahibi :

Hidroenerji.az saytı Hidroenerji Quraşdırma MMC-nin rəsmi veb saytıdır. Müəssisəmiz dünya və Avropa təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqi və müasir texnologiyaların istifadəsi ilə əsas fəaliyyət sahəmiz olan quraşdırma işlərində yüksək nailiyyətlərin əldə edilməsi üçün məqsədli xarici siyasət aparmaqdadır.

 

İctimai-sosial saytlar

I yerin sahibi :

birtebessumbirumid.com (Bir təbəssüm Bir Ümid) 10.12.2016-ci ildən fəaliyyət göstərən “Bir Təbəssüm Bir Ümid” layihəsi uşaqlar ilə bağlı olan xeyriyyə aksiyasıdır. Aksiyanın keçirilməsində məqsəd, ucqar rayonlarda yaşayan uşaqlara maddi və mənəvi dəstək olaraq, onların təhsil almalarına az da olsa köməklik göstərməkdir.

II yerin sahibi :

siyahi.az saytında müxtəlif peşə sahibləri, şirkətlər tərəfindən təqdim edilən vakansiyalar haqqında məlumat, şəhərimizin mağazalarında olan endirim və kampaniyaların siyahısını əldə edə bilərsiniz.

III yerin sahibi :

qeni.us (Qeniyus) tam olaraq Azərbaycanda hazırlanmış sosial şəbəkədir. Qenius vasitəsi ilə siz şəxsi anketlərinizi yarada bilərsiniz. Onları müxtəlif vasitələrlə bəzəyə bilər, sonra isə suallar təyin edə bilərsiniz. Daha sonra, anketinizə keçidi dostlarınızla paylaşmaqla, onları anketinizi doldurmağa dəvət edə bilərsiniz.

 

Media və informasiya

I yerin sahibi :

SportLine.az( Spot Layn) saytında oxuculara idman xəbərləri təqdim olunur. Saytda təqdim edilən məzmunlarda multimedia elementlərinin istifadəsi məsələsinə xüsusi diqqət yetirilir.

II yerin sahibi :

geleceknamine.az Gələcək Naminə Müstəqil İnformasiya Portalı (GN Press) vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı,saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

III yerin sahibi :

BGZ.AZ, yəni daha uzun adı ilə desək “Bizim Game Zone” 30 Aprel 2017-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərir. Saytın əsas məqsədi oxuculara ən son oyunlar və texnoloji xəbərləri çatdırmaqdır.

 

Mədəniyyət, incəsənət və turizm

I yerin sahibi :

jintravel.com(cin trəvıl)Yerli və xarici şirkətlər və bələdçilər üçün hazırlanmış onlayn tur market, tur sifariş və bələdçi platformasıdır. Turizm şirkətlərini həm tur saytı ilə təmin edir, həm də onlara hazır idarə imkanları verir. Bunlara - adi turdan tutmuş avtomobil transfer, turizm tədbirlərinə bilet satışı, ödənişlərin onlayn qəbulu, müştəri bazasının, sifarişlərin yığılması, turların feysbuk səhifəsinə inteqrasiyası, bələdçi profili və bir çox başqa imkanlar daxildir.

II yerin sahibi :

Pickvisa.com(Pik Viza) dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Şirkət sizlərə viza alınmasında yardım edir və prosesə cəlb olunmanı miniuma endirir.

III yerin sahibi :

balta.az Balta Animasiyasının rəsmi vebsaytıdır. Balta, yetkinlər üçün nəzərdə tutulmuş, absurd komediya janrında cizgi serialıdır.

 

Ailə, uşaq və sağlamlıq

I yerin sahibi :

Sufremiz.az yemək reseptləri saytı 2018-ci ildə yaradılıb. Saytı yaratmaqda məqsəd xanımların mətbəx işlərini asanlaşdırmaqdır. Gün ərzində sayta çox sayda reseptlər əlavə edilir.

II yerin sahibi :

Respublika Müalicəvi Diaqnostika Mərkəzi saytında mütəmadi olaraq, sağlamlıqla bağlı maarifləndirici məlumatlar, unikal əməliyyatlar və s. barədə məlumatlar paylaşılır. "Müalicə", "Diaqnostika", "Xidmətlər", "Layihələr və nailiyyətlər", "Sağlam xəbərlər","Mediada biz" və başqa bölmələr var.

III yerin sahibi :

cardiocenter.az( Kardio Sentə) Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının Ürək Sağlamlığı Mərkəzinin rəsmi saytıdır. Xaricdə təhsil almış uzman həkim heyəti ilə tibdəki yenilikləri izləyərək həyata keçirən, keyfiyyətli və etibarlı xidmət edən səhiyyə mərkəzidir.

 

Bloqlar

I yerin sahibi :

Rizvanbagirli.com(Rizvan Bağırlı)həm şəxsi bloq, həm də gördüyüm qrafik dizayn işlərindən ibarət portfolio saytıdır. Bloqda vaxtaşırı qrafik dizayn, reklam mövzularında müəllif yazılar paylaşılır. Portfolio bölməsi də yeni işlərlə birgə yenilənməyə davam edir.

II yerin sahibi :

sinir.az Psixiatr Dr. Orxan Fərəclinin psixiatriya haqqında şəxsi bloqudur.

III yerin sahibi :

dragazade.az Dr. Ağa Ağazadənin kişi sonsuzluğunun yaranma səbəbləri, müasir müalicə üsulları və s haqqında  internet səhifəsidir.

 

Elm və təhsil

I yerin sahibi :

“Bildilçin”-Azərbaycan Dilinin Universal Elektron Lüğəti layihəsi ana dilimizin saflığının qorunması və onun geniş düzgün istifadəsi məqsədlərinə xidmət edən qeyri-kommersiya xarakterli layihədir.

II yerin sahibi :

Maarifləndirici uşaq resursu olan - Alimok.com sizin övladınızın uğurlu inkişafı üçün interaktiv və müasir tapşırıqlar toplusudur. Uşaqların məktəbəqədər və ibtidai təhsilin ilkin biliklərini asan və effektiv şəkildə başa düşmələri üçün nəzərdə tutulub.

III yerin sahibi :

Kurstap.Az kurs axtaranlar kurs təklif edənləri birləşdirən online platformadır. Kurs şirkətləri və ya fərdi fəaliyyət göstərən müəllimlər qeydiyyatdan keçərək kurs elanlarını yerləşdirir və daha böyük auditoriyaya çatma imkanı əldə edir.

 

Elektron hökumət

I yerin sahibi :

mincom.gov.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytıdır.

II yerin sahibi :

www.dim.gov.az Dövlət İmtahan Mərkəzi Saytı həm informativ, həm də kommunikativ tiplidir. Yəni burada müəyyən bir informasiyanın verilməsi ilə yanaşı, istifadəçi ilə əks əlaqə yaradılır, onlar elektron xidmətlərdən də istifadə edirlər.

III yerin sahibi :

customs.gov.az(Kastoms.gov.az)Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin rəsmi veb saytıdır.

 

Xidmət (Servis)

I yerin sahibi :

 1x1.az sizə istədiyiniz hər bir şeyi icarə götürmək və icarə vermək üçün yardım edn platformadır. Avtomobil, daşınmaz əmlak, oyun cihazları, foto və video kameralar, ağır texnika və s.

II yerin sahibi :

Aksiya.az Azərbaycanda keçirilən aksiyalar, endirimlər, kampaniyalar və müsabiqələri özündə cəmləyən virtual platformasıdır.

 III yerin sahibi :

amak.az Azərbaycan Milli Avtomobil Klubunun veb saytı. AMAK-ın əsas məqsədi avtomobil sürücülərinə yollarda Təcili Yol Yardımı xidmətlərinin təşkili ilə yanaşı, sürücü, piyada və digər tərəflərin iştirakı ilə Yol hərəkətinin təhlükəsizliyi istiqamətində təlim, tədris və sosial layihələrin həyata keçirilməsidir.

Tekerstore.az(Təkər stor.az)Dünya şöhrətli şin istehsalçılarının geniş məhsul çeşidlərini təklif edən  internet mağazasıdır.

 

Elektron ticarət

I yerin sahibi :

www.vivadessert.az(Viva Desöt.az) saytı "VIVA" şirniyyat evinin online satış platformasıdır. Sayt vasitəsilə müştərilər artıq evdən çıxmadan sevimli desertlərini istədikləri ünvana sifariş edə bilirlər.

II yerin sahibi :

www.chelebi.az(Çelebi.az) Mebel, keramika, yastıq, müxtəlif parça növləri və aksessuarları əhatə edən  çeşidli məhsullar təklif edir.

III yerin sahibi :

Roadstone.az(Rod Ston) Cənubi Koreya brendi olan Roadstone təkərlərinin Azərbaycandakı nümayəndəsinin rəsmi saytıdır.

 

Elektron hökumət və maliyyə-bank mobil tətbiqi

I yerin sahibi :

BirBank Kapital Bank-ın təqdim etdiyi mobil bankçılıq tətbiqidir. Tətbiq 300 mindən çox istifadəçi ilə ölkəmizdə maliyyə kateqoriyasında ən çox yüklənilən mobil tətbiqdir.

II yerin sahibi :

AzNav” oflayn GPS naviqasiya tətbiqi, Android və IOS platformalarında təqdim olunub. Hər zaman yenilənən “AzNav”, Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanıb.

III yerin sahibi :

Dövlət Miqrasiya Xidmətinin MOBIL tətbiqi Azərbaycan barədə, miqrasiya qanunvericiliyi haqqında məlumatlar , yeni istifadəçinin qeydiyyatı,  Olduğu yer üzrə qeydiyyata alınma , Elektron xidmətlər, Məhdudiyyətin yoxlanılması , Müraciətin statusunun yoxlanılması , Onlayn ödəmə ,Onlayn növbənin alınması , Müraciətin statusu barədə bildirişlərin göndərilməsi ,Onlayn məsləhətçi ilə bizi təmin edir.

 

Təhsil mobil tətbiqi

I yerin sahibi :

“Bildilçin”Azərbaycan dilinin Universal Elektron lüğəti  layihəsi ana dilimizin saflığının qorunması və onun geniş düzgün istifadəsi məqsədlərinə xidmət edən qeyri-kommersiya xarakterli layihədir.

II yerin sahibi :

Advanced Calculator(Ədvənsd Kalkulator) Riyaziyyatçılar və mühəndislər üçün geniş imkanlı hesab proqramı. Proqram vasitəsilə çox böyük riyazi ifadələri asan daxil etmək və daxil edilən ifadələri asan başa düşmək mümkündür.

III yerin sahibi :

ustad.surucu.Sürücü imtahanına hazırlıq. Sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlıq oyunu.

 

Media və informasiya  mobil tətbiqi

I yerin sahibi :

NewsAz - теперь в каждом смартфоне на Android. Самые важные, интересные и актуальные новости стали еще ближе!

II yerin sahibi :

Xəbər Plus - tətbiqi ilə marağında olduğunuz xəbərləri kateqoriyalara uyğun filtirləyib onlara uyğun xəbərləri oxuya bilərsiniz

III yerin sahibi :

Feed Basket (Fid Bəskt) - Sevərək oxuduğunuz xəbər saytları hamısı bu appda əldə edə bilərsiniz.

 

Köməkçi mobil tətbiqlər və oyunlar

I yerin sahibi :

Gold Quiz oyunu. Oyunda 1000-ə yaxın çox maraqlı sual var. Oyun həm dünya görüşü, həm Azərbaycan ilə əlaqəli, həm də əyləncəli suallardan ibarətdir.

II yerin sahibi :

Car Tax. Az Icbari sigorta haqqı kalkulyatorudur.

III yerin sahibi :

Kərpic və top oyunu. Oyunda 3 can ilə toplarla kərpicləri dağıdıb mərhələləri keçmək lazımdır.

 

Ən yaxşı Facebook səhifəsi

I yerin sahibi :

"Film Fiction"(Film Fikşn) Azərbaycanda ilk elektron film jurnalıdır. Jurnal 2011-ci ildə Turizm Universitetinin tələbəsi Fuad Alqayev, kinoşünas, operator Mətləb Muxtarov və rejissor Şahin Xəlil tərəfindən təsis edilib.

II yerin sahibi :

Vizam.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır.

II yerin sahibi :

ABADmerkez.Sayt "ABAD" publik hüquqi şəxsin rəsmi saytıdır. Saytda "ABAD"ın fəaliyyəti, məhsullar və "ABAD"çılar haqqında məlumatlar var. Həmçinin saytda "ABADçı ol" bölməsi də mövcuddur ki, insanlar burada qeydiyyatdan keçə bilərlər.

 

Ən yaxşı YouTube kanalı

I yerin sahibi :

balta animasiyası Balta Animasiyasının Rəsmi Youtube Kanalı

II yerin sahibi :

Reaktiv komandası Gənclərin fərqli mövzulara, yeməklərə, videolara, əşyalara verdikləri reaksiyaları izləyicilərə maraqlı şəkildə çatdırmağa çalışan youtube kanalıdır.

III yerin sahibi :

Vüsal Məmmədzadənin YouTube kanalı iki ildir fəaliyyət göstərir. Kanalda Azərbaycan tarixi, mədəniyyəti, Qarabağla bağlı, eləcə də, müxtəlif mövzularda hazırlanan videolar təqdim olunur.

 

Ən yaxşı instagram səhifəsi

I yerin sahibi :

Bakustreets_life (Baku strits layf) Bu səhifə Bakının  haqqında foto səhifəsidir. Şəkillərdə fotoqraf müxtəlif tərəfdən və fərqli rakursdan şəhəri göstərməyə çalışır.

II yerin sahibi :

Kənan Məcidov'un instagram səhifəsində onun sənəti ilə yaxından tanış olmaq, family, love story, wedding janrlarında çəkdiyi fotoları görmək mümkündür.

III yerin sahibi :

https://www.instagram.com/viefrancaise/?utm_source=ig_profile_share&igshid=zxkc5bhdxcjb

Qeyd edək ki, qaliblərə və fərqlənənlərə Lenovo,  BestCom və NEURON şirkətlərinin hədiyyələri təqdim olunub. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir. Müsabiqəyə LENOVOBestComp,  NEURONİnnovasiya Mərkəzi , NOVA və PreMark şirkətləri də dəstək verirlər. 

Təqdimat mərasimindən hazırlanan foto-albom. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.