MilliNet-də hansı nominasiyalar üzrə daha ciddi rəqabət var?

23-11-2017 / 14:14

Məlumat verdiyimiz kimi, hazırda Milli İnternet Mükafatına (MilliNet) təqdim edilən internet resursların ilkin səsverməsi aparılır.

Bu il internet resurslar müsabiqəyə əsasən 3 istiqamət üzrə 20 Nominasiyada müraciət edib.

Belə ki, MilliNet 2017-də resurslar “Sayt”, “Mobil tətbiqlər”, Sosial media” istiqamətləri üzrə qəbul edilib.

 Görəsən, hazırda hansı istiqamətlər üzrə rəqabət daha kəskindir?

Xeberler.az olaraq bu barədə qısa araşdırma etdik.

Öncə qeyd edək ki, bu il müsabiqəyə ümumilikdə 392 internet resursu təqdim edilib. Onlardan indiyədək 287 resurs müsabiqəyə qəbul edilib, 105 layihə isə Qaydalara uyğun olmadığına görə imtina edilib.

Yeri gəlmişkən, Təşkilat Komitəsinin bildirdiyinə görə, bu tip layihələr imtina səbəblərini aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilərlər.

Hansı Nominasiyalar üzrə daha çox internet resurs təqdim edilib ?

MilliNet-in rəsmi saytından görünür ki, “Korporativ saytlar” nominasiyasında ciddi rəqabət var. Belə ki, digərlər ilə müqayisədə bu nominasiyaya bizneslə məğşul olan 35 qurumun internet resursu müraciət edib.

“Elm və təhsil” nominasiyası isə 28 resursla diqqət çəkir.

Daha aktiv olanlardan digəri isə “Media və İnformasiya”  üzrə saytlardır. Bu nominasiyaya 23 resurs müraciət edib.

“Sosial media” kateqoriyasında da ciddi rəqabət var. Belə ki, “Ən yaxşı Facebook səhifəsi" olmaq uğrunda 29 Facebook səhifəsi mübarizə aparır.

Müsabiqəyə 16 Instagram səhifəsi, 14 YouTube kanalı müraciət edib.

Ötən dəfə saytımızda mobil tətbiqlərlə bağlı yayımladığımız məqalədə qeyd etdiyimiz kimi, müsabiqədə də bu sahədə bir “qıtlıq” müşahidə edilir.

Belə ki, müsabiqəyə “Mobil tətbiqlər” kateqoriyası üzrə təqdim edilən resurs sayı digər sahələrlə müqayisədə azlıq təşkil edir.

Lakin 5 nominasiya üzrə 45 mobil tətbiqin müsabiqəyə qatılması bu sahənin də inkişaf istiqamətində olduğunu göstərir.

"Media və informasiya mobil tətbiqi"nə 8, "Köməkçi mobil tətbiqlər (utilitlər)" nominasiyasına isə 21 resurs müraciət edib. 

Qeyd edək ki, 1-ci mərhələ səsvermə noyabrın 30-na, 2-ci mərhələ isə dekabrın 15-nə qədər aparılacaq.

Təşkilat Komitəsindən verilən məlumata görə, internet resursları peşəkarlardan ibarət olmaqla formalaşdırılan münsiflər heyəti qiymətləndirəcək.

Belə ki, İnternet  saytlarını 15 nəfərlik münsiflər heyəti yoxlayır. Onlar resursları məzmun (informasiya tutumu), dizayn (vizual görünüş), funksionallıq (naviqasiya funksiyaları) üzrə qiymətləndirir.

Münsiflərin rəyinin nəticəsinədə, kontent, dizayn və texniki tərəfləri qaydasında olan resurs qalib gələcək.

Mobil tətbiqləri və sosial media resurslarını da fərqli münsiflər heyəti dəyərləndirəcək.

1-ci səsvermənin yekunu əsasında MilliNet Nominantları müəyyən olunacaq. 2-ci səsvermə nəticəsində Nominanatlar arasından qaliblər seçiləcək.

Onu da vurğulayaq ki, millinet.az-da qeydiyyatdan keçən istifadəçilər öz hesablarına daxil olaraq yarışmada iştirak edən layihələr barədə şərh, rəy və təkliflərini yaza bilər. 

Azərbaycan İnternetinin ən böyük tədbiri olan Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyyələr və MilliNet müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcək.

Müsabiqəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.

Müsabiqəyə LENOVOBestCompİnnovasiyalar MərkəziNOVANEURON və Yello şirkətləri də dəstək verirlər. 

  Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.