MilliNet-də imtina olunan resursların nəzərinə

21-11-2017 / 12:43

Milli İnternet Mükafatı (MilliNet2017) müsabiqəsində internet resursların qeydiyyatı dünən, saat 00.00-da başa çatıb.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, artıq yeni resurslar müsabiqəyə təqdim dilə bilməz.

Məlumata görə, bu il MilliNet-ə ümumilikdə 392 internet resursu təqdim edilib. Onlardan 291-i müsabiqəyə qəbul edilib, 101 layihədən isə imtina edilib.

Qeyd edilib ki, indiyədək təqdim edilən lakin müəyyən səbəblərdən imtina olunan resurslar isə imtina səbəblərini aradan qaldıraraq yenidən müraciət edə bilər. Belə ki, bu resurslar noyabrın 29-dək yenidən müraciət edə bilər.

Bildirilib ki, bundan sonra istifadəçilər yalnız müsabiqəyə qəbul edilən internet resurslara şərhlər və rəylər yazmaq üçün qedyiyyatdan keçə bilər.

O da qeyd edilib ki, artıq  bu gündən 1-ci mərhələ qiymətləndirmə prosesi başlayacaq.

Təqdim olunan İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və MillNet müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcək.

Müsabiqəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.

Müsabiqəyə LENOVOBestCompİnnovasiyalar MərkəziNOVANEURON və Yello şirkətləri də dəstək verirlər. 

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.