MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017 / 10:35

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfə MilliNet-in“Media və İnformasiya”“Mədəniyyət, incəsənət və turizm saytları”  Nominasiyası üzrə saytların adlarını təqdim etmişdik.

Bu dəfə isə “Elm və Təhsil”“Elektron hökumət” Nominasiyası üzrə nominant statusu alan saytlar barədə məlumat verəcəyik.

“Elm və Təhsil”

Bunlar “Coaching.az”, “E-dərslik.edu.az”, “Prospectacademy”, “Azengu.org”, “İnnab.org” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Coaching.az- Sayt kouçinq, liderlik və şəxsi inkişaf mövzularına həsr olunmuş portaldır. Portalda yerli və xarici müəlliflərin bu mövzular üzrə məqalələri dərc olunur. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

E-dərslik.edu.az- Saytda elektron dərsliklər toplanır. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Prospectacademy- Sayt ölkəmizin ilk distant tədris mərkəzi olaraq təcrübəli təlimçiləri bir araya gətirərib gənclərə, eləcə də şirkət işçilərinə təlim və tədris həyata keçirir. Resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Azengu.org-Azərbaycan Mühəndislər Birliyinin rəsmi saytıdır. Portal yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

İnnab.org  -Portal Azərbaycanda peşəkar onlayn təlim sisteminin yaradılması məqsədilə yaradılıb. İzləyicilər saytda müxtəlif sahələrə aid video dərslər izləyə, məqalələr oxuya və testlər vasitəsilə biliklərini möhkəmələndirə bilərlər. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

“Elektron hökumət”  

Bunlar “Pochtap.az”, “Data.e-gov.az”, “Ticket.ady.az”, “E-govpay.az”, “Customs.gov.az” saytlarıdır.

Pochtap.az- Sayt vətəndaşlara itirdiyin sənədi tapmağa yardım edir.  Resurs 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Data.e-gov.az-Portal vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər. Sayt 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Ticket.ady.az- Azərbaycan Dəmir Yolları QSC-nin sərnişin qatarlarına bilet satışının onlayın həyata keçirdiyi rəsmi saytıdır. Resurs 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

E-govpay.az- Sayt vətəndaşlar üçün müxtəlif xidmətlər üzrə ödəmələrin elektron şəkildə aparılmasına rahat şərait yaradır. Resurs 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Customs.gov.az- Dövlət Gömrük Komitəsinin rəsmi veb ünvanıdır.  Sayt 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.