MilliNet-də qeydiyyatdan keçən saytların sayı 320 oldu

04-11-2010 / 11:48

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatı Milli Net-2010 həyəcanı davam edir. Artıq saytların qeydiyyatının başa çatmasına 16 gün qalır. Bu genə qədər (4 noyabr) 320 sayt müsabiqədə iştirak üçün müraciət edib. Onlardan  206-ı artıq müsabiqədə iştirak hüququ qazanıb. 107 sayt isə müəyyən səbəblərə görə qəbul edilməyib. 7 portal isə milli net adminstrasiyası tərəfindən təsdiq gözləyir. Sizin sayt da qeydiyyatdan keçə bilər. Bunun üçün millinet.az saytına daxil olmaq və orada qeydiyyatdan keçmək lazımdır.

 

 Qeyd edək ki, bu mükafat hər il  sosial, mədəni, elmi,  iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan  milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə