MilliNet2017-də internet resursların qeydiyyatı davam edir

31-10-2017 / 16:08

Milli Internet Mükafatı Müsabiqəsinə internet resursların qeydiyyatı davam edir.

MilliNet Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, indiyədək müsabiqəyə 151 internet resurs təqdim edilib və onlardan 103 resurs müsabiqəyə qebul edilib.

Qeyd edək ki, bu il müsabiqə 20 Nominasiya üzrə keçirilir. İlk dəfə olaq Mobil tətbiqlər və Sosial media resursları ayr-ayrı Nominasiyalar üzrə müsabiqəyə qəbul edilir.

İndiyədək ən çox resurslar Elektron ticarət, Korporativcsaytlar, Media və İnformasiya, Köməkçi mobil tətbiqlər və Ən yaxşı facebook səhifəsi Nominasiyaları üzrə təqdim edilib.

Bildirilib ki, müsabiqəyə qeydiyyatın başa çatmasına 20 gün qalıb. Belə ki, qeydiyyat noyabrın 20-də başa çatacaq.

Məlumatda qeyd edilib ki, saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını (Facebook səhifəsi, YouTube kanalı və Instagram hesabı) müsabiqəyə təqdim etmək istəyənlər bu tarixədək millinet.az resursunda qeydiyyatdan keçməlidirlər.

Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.

Milli Net TK bildirib ki, artıq Müsabiqənin ekspertlərdən və peşəkarlardan ibarət Münsiflər Komissiyasının formalaşması da başa çatıb .

Bu il saytların, mobil tətbiqlərin və sosial media resurslarının qiymətləndirilməsini toplam olaraq 23 münsif həyata keçirəcək.

Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.

1-ci mərhələ səsvermə prosesi noyabrın 21-də başlanacaq və noyabrın sonunadək davam edəcək. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq. 

Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi dekabrın 15-nə qədər davam edəcək. Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı MilliNet-in ənənəvi Yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli İnternet mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.

Müsabiqəyə LENOVO, BestComp, NOVANEURON və Yello şirkətləri də dəstək verirlər. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.