MilliNet2018-də yekun səsvermə başa çatıb

17-12-2018 / 10:14

Milli İnternet Mükafatı - MilliNet2018 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa çatıb. İnternet resursların yekun qiymətləndirmə proses prosesi 10 gün davam edib. Bu il MilliNet2018-ə 19 Nominasiya üzrə 406 resurs müraciət edib və 300 internet resurs müsabiqəyə qəbul edilib.

Xeberler.az  bildirir ki, yekun qiymətləndirmə prosesində 1-ci səsvermənin nəticələri əsasında Nominant statusu qazanan 105 resurs iştirak edib. Yekun qiymətləndirmədə 23 münsifdən 21-i iştirak edib. 2 münsif yekun səsvermə prosesində iştirak etməyib. Saytları 14 münsif, mobil tətbiqləri 4 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirib.

MilliNet2018 müsabiqəsinin yekunu və qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq. Yekun təqdimat mərasimi  21 dekabr tarixdə Parkİnn Hotelində keçiriləcək.  MilliNet Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Müsabiqədə 19 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı, hədiyyələr və diplomlar təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə də hədiyyələr və diplomlar təqdim olunacaq.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir. Müsabiqəyə LENOVOBestCompNOVANEURONİnnovasiya Mərkəzi  şirkətləri də dəstək verirlər. Ətraflı məlumat almaq üçün www.millinet.az  saytına daxil ola bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.