Milyonlarla Android qurğusu təhlükədədir

08-02-2018 / 13:22

Tədqiqatçılar 2016-cı ildə DressCode troyanı ilə qarşılaşıb. O, android əməliyyat sistemi olan qurğularda işləyirdi və əsas fəaliyyəti isə qorunan şəbəkələrdən istifadəçilərə məxsus konfidensial məlumatların filtrlənməsi idi. Google şirkəti isə bu məsələyə anında reaksiya verərək tərkibində zərərverici kodu olan yoluxmuş tətbiqetmələri Play Marketdən kənarlaşdırıb. Lakin insidentin üzərindən 16 ay keçməsinə baxmayaraq o həminki DressCode troyanının silinmədiyini və fəaliyyətini davam etdiyi məlum olub.

Xeberler.az bildirir ki, bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat yayıb. 

Mərkəz bildirir, Google-in həyata keçirdiyi tədbirlərə baxmayaraq hazırda virus tam olaraq 4 milyon qurğunu yoluxdura bilib.

O, hakerlərin serverlərinə qoşulması üçün telefonu SOCKS protokolundan istifadə etməyə məcbur edir və bununla da nəinki yoluxmuş qurğuya hətta onun qoşulduğu şəbəkəyə də giriş əldə edə bilir.

DressCode troyanı yoluxmuş qurğunu konkret İP ünvanlara sorğu göndərməklə BOTNET kimi istifadə də edə bilər. Bununla yanaşı troyan, onlayn pul-qablarına və bank hesablarına kiberhücumlar həyata keçirə bilər. DressCode virusunun iş fəaliyyəti ilə əlaqəli dəymiş ziyan təqribi 20 milyon ABŞ dollarını keçib.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi bildirir ki, virusu aşkar etmək mümkünsüzdür. DressCode – un mövcudluğuna şübhə yaradacaq yeganə əlamətin akkumlyatorun vaxtından tez bitməsi ola bilər.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.