Milyonlarla insanı üzəcək xəbər- YouTube-MP3 bağlanır

05-09-2017 / 10:52

Videoları YouTube-da MP3 formatına çevirən YouTube-MP3.org  servisi fəaliyyətini dayandırır.

Yəqin ki, çoxlarınız YouTube-da qulaq asdığımız musiqini telefonunuza yükləmək üçün YouTube-MP3.org-dan istifadə edirsiniz.

Xeberler.az-ın məlumatına görə, məhkəminin qərarı ilə ötən ildən fəaliyyətə başlayan və günlük olaraq çox sayda isifadəçi tərəfindən ziyarət edilən servis yaxın zamanda bağlanır.

Qeyd edək ki, YouTube-MP3.org qeyri-qanuni xidmət göstərsə də, pulsuz musiqi yükləmək imkanı təqdim edir.

Belə ki, YouTube-a daxil olub, istədiyiniz klipin URL-nı saytdakı boş yerə əlavə edirsiniz. Daha sonra mahnının klipini MP3 formatında yükləyirsiniz.

Lakin bu musiqi sahiblərinin o qədər xoşuna gəlməyib. Bəzi musiqi şirkətlərinin sahibləri tərəfindən məhkəməyə verilən YouTube-MP3-ün başı illərdir bəladadır.

Ötən il başlayan və bir neçə günə qədər davam edən məhkəmə yekunlaşıb. YouTube-MP3-nın təsisçisi Philip Mateasanz ilə Amerika Qeydiyyat Sənayesi Birliyi (RİA) arasında olan razılaşmaya görə, servisin domeni RİAA-ya veriləcək.

Transfer prosesindən sonra müəllif hüquqlarını pozan saytın bütün xidməti ləğv ediləcək.

Məlumatlara görə, Philip Mateasanzı bununla bağlı müəyyən miqdarda cəza  ödəməsi etməyi qəbul edib.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.