Mingəçevir İnkubasiya Mərkəzinə layihələrin qəbulu başlayıb

21-09-2016 / 14:45

Mingəçevir Dövlət Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə "İnnovasiyaların təşviqi və startapların inkişafı" adlı seminar keçirilib.

Xəbərlər-in məlumatına görə, tədbirdə Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin,  Mingəçevir Gənclər Evinin, həmçinin HTech İnvest şirkətinin nümayəndələri  iştirak edib.

Tədbirin əsas məqsədi Azərbaycanın bölgələrində startap hərəkatını formalaşdırmaq, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək vermək, innovasiyaların və texnologiyaların təşviqini genişləndirməkdir.

Qeyd edək ki, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə layihələrin qəbuluna start verilib.

Layihələr xüsusi komissiya tərəfindən qiymətləndiriləcək. Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaq.

Qeydiyyatdan keçmək üçün bu formu doldura və ya [email protected] ünvanına yaza bilərsiniz. 

Bundan başqa, İnkubasiya Mərkəzində lazımi şəraitlə yanaşı, digər imkanlardan da yararlanmaq mümkün olacaq. Belə ki, layihə rəhbərləri mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin olunacaq.

 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə