Mingəçevirdə Media Mərkəzi istifadəyə verilib

07-11-2009 / 17:23

Mingəçevir şəhərində Media Mərkəzi istifadəyə verilib.
APA-nın yerli bürosunun xəbərinə görə, “Mingəçevir işıqları” qəzetinin və ABŞ səfirliyinin birgə həyata keçirdiyi layihə əsasında noyabrın 6-da açılan Media Mərkəzi müasir tipli bərk və yumşaq inventarla, kompüter dəsti və digər texniki avadanlıqla təchiz edilib. Dörd iş otağı, konfrans zalı, elektron və çap kitabxanası olan mərkəz “Mingəçevir işıqları” qəzetinin bazasında yaradılıb.

Mərkəzin açılışında çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terry Devidson, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev Azərbaycanda medianın yaranma tarixinə, inkişaf yoluna və hazırkı durumuna nəzər salıb, regionlarda belə mərkəzlərin yaradılmasına ehtiyac olduğunu bildiriblər.

Tədbirdə bu mərkəzin Mingəçevirlə yanaşı, Mərkəzi Aran bölgəsində də medianın inkişafına, vətəndaş cəmiyyətinin tərəqqisinə köməklik göstərəcəyinə inam ifadə olunub. Çıxışlarda “Mingəçevir işıqları” qəzetinin demokratik proseslərin inkişafındakı xidmətlərindən, seçkilər dövründə fəallığından danışılıb. Məlumat verilib ki, Mingəçevir Media Mərkəzinin açılışında məqsəd ictimai və sosial problemlərin həllində vətəndaş təşəbbüslərinə diqqəti artırmaqla bağlı müzakirələr təşkil etmək, ictimaiyyəti məlumatlandırmaqdır. Bununla əlaqədar gələcəkdə mərkəzdə dəyirmi-masalar təşkil olunacaq, bələdiyyə üzvlüyünə namizədlərlə tok-şoular keçiriləcək. Tədbirdə bildirilib ki, Mingəçevir ŞİH yeni yaradılan media mərkəzi və qəzetlə normal əməkdaşlıq etməkdə maraqlıdır.

Çıxışlardan sonra mərkəzin fəaliyyəti ilə tanışlıq olub. Tədbirdə QHT və KİV nümayəndələri də iştirak edib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR




sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.