Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015 / 14:17

Azərbaycan Prezidenti Mingəçevirdə Yüksək Texnologiyalar Parkının və Sənaye Parkının yaradılması haqqında sənədlər imzalayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 4-cü hissəsi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən həyata keçirilir.

Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün “Mingəçevir-Toxucu” ASC-nin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə MMC-nin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Prezident tərəfindən imzalanan digər sərəncama əsasən, Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilini, onun ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 mln. manat ayrılacaq.

Prezident həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərman da imzalayıb. 

Sənədə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılır.

Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.