Mirşahin Ağayevin telekanalına lisenziya verilib

05-03-2018 / 17:08

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

Şuradan Xeberler.az-a verilən məlumata görə, iclasda REAL Təhlil İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. 

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, REAL Təhlil İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, Vergilər Nazirliyi fevralın 22-də Real Təhsil İnformasiya Mərkəzi MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 19, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Mirşahin Mirdilavər oğlu Ağayevdir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.