Misirin süni peyki kosmosda itkin düşdü!

29-10-2010 / 09:29

Ukraynalılardan ibarət qrup kosmosda itən peyki axtarır

Misir Milli Kosmik Elmlər Qurumunun rəhbəri Eymen El Desoki ölkənin “EGYSAT-1” adlı süni peykinin kosmosda itdiyini açıqlayıb. 

O, 17 kiloqram ağırlığında olan peykin orbitindən çıxaraq itdiyini söyləyib.

Eymen El Desoki “EGYSAT-1” peykinə İsrail və yaxud başqa bir ölkə tərəfindən nəzarətin mümkünsüz olduğunu da qeyd edib. Peyk itməzdən əvvəl misirli alimlərdən ibarət qrup tərəfindən istiqamətləndirilib və itməzdən əvvəl də yerə fotoşəkillər və xəritə göndərib.

Süni peyk Ukraynada hazırlanıb və hazırda ukraynalılardan ibarət qrup kosmosda itən peyki axtarır.

məbə lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə