Mobil cihazların qeydiyyatına dair 42 min 314 müraciət qeydə alınıb

11-04-2015 / 13:07

“Elektron hökumət” portalında mobil cihazların qeydiyyatına dair 42 min 314 müraciət qeydə alınıb.

Mart ayında “Elektron hökumət” portalına edilən müraciətlərin 42 314-ü mobil cihazları qeydiyyatdan keçirməklə bağlı olub.

Xəbərlər-in məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.

"Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidmətinin təchizatçısı qismində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edir.

Sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn ödənilməsi mümkündür.

 Xeberler. az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə