Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015 / 15:36

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mobil cihazlarla bağlı elektron xidmətlərindən istifadənin növbəti statistikası bəlli olub.

RYTN-in Məlumat Hesablama Mərkəzindən Xəbərlər-ə verilən məlumata görə, iyun ayı ərzində Mobil cihazların qeydiyyatdan keçirilməsi xidmətindən 29179 dəfə, Mobil cihazların IMEI kodunun yoxlanılması xidmətindən isə 29016 dəfə istifadə edilib.

Elektron hökumət portalı üzərindən Mobil cihazların qeydiyyatdan keçirilməsi e-xidməti vasitəsilə mobil cihazların İMEİ kodları qeydiyyatdan keçirilir.

Portalda Mobil cihazların IMEI kodunun yoxlanılması xidmətini seçməklə mobil cihazların originallığını yoxlamaq mümkündür.

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə