Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

02-02-2017 / 16:42

Azercell Telekom-un Mobil Diş Klinikası 2016-cı ilin yekunlarını açıqlayaraq cari il üçün fəaliyyət planı hazırlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, ötən illərdə olduğu kimi klinikanın həkimləri bu il də kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, məcburi köçkünlərə ödənişsiz xidmət göstəriblər.

Təkcə noyabr və dekabr  aylarında 223 xəstə müayinə və müalicə olunub. Noyabr ayında Binəqədi və Biləcəri qəsəbəsində  52  nəfər, dekabr ayında isə Pirşağı qəsəbəsi 10N-li internat mərktəbinin 171 sakini peşəkar stomatoloq xidmətindən yararlana bilib.  

Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan Azercell Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda Qaçqın düşərgəsində, internat məktəbində uşaqlara xidmət göstərib. 

Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.