Mobil Dünya Konqresində hansı yeni texnologiyalar təqdim ediləcək?

17-02-2016 / 12:54

Dünyanın ən mühüm texnoloji tədbirlərindən biri olan Mobil Dünya Konqresi (Mobile World Congress) bu il də məşhur şirkətlərə məhsullarını və texnologiyalarını təqdim etməyə imkan yaradacaq.

Xeberler.az-ın məlumatına görə, 22-25 fevral tarixlərində Barselonada keçirilən Mobil Dünya Konqresində texnoloji şirkətlər yeni məhsullarını  təqdim edə biləcək.

Məlumata görə,  Samsung, HTCSony kimi şirkətlər sərgi açılmadan əvvəl xüsusi təqdimatlar hazırlayaraq məhsullarını tanıdacaq.

Xeberler.az olaraq sərgidə iştirak edən şirkətlərin təqdim edəcəyi məhsulları təqdim edirik.

Microsoft

Məşhur proqram təminatı şirkəti Microsoft-un Mobil Dünya Konqresində yeni Lumia modellərini və Windows 10 əməliyyat sistemi üçün xüsusi təqdimat etməsi gözlənilir.

 

Samsung

Samsung-un hər il olduğu kimi bu ildə məşhur "Unpacked" təqdimatı ilə Galaxy S7 və S7 Edge modellərini təqdim etməsi gözlənilir. Bundan əlavə Samsung geyiniləbilən texnologiyalardan reallığı əks etdirən gözlük də təqdim edəcək.

Sony Mobile

Sony şirkətinin bu il Xperia Z modellərinə yeni üzv əlavə etməsi gözlənilmir. Sony telefon sahəsində bu il yenilik etməsə də, geyiniləbilən texnologiya məhsullarında yenilik edəcək. Bundan əlavə,  şirkət sürpriz  yeni planşet də təqdim edə bilər.

Blackberry

Ən son modelini Android əməliyyat sistemində təqdim edən Blackberry-nin  MWC 2016-da kod adı Vienna olan sensor ekranlı və klaviaturalı bir model təqdim etməsi ehtimal olunur.

Google

Google şirkəti Mobil Dünya Konqresində hər il olduğu kimi Android markası ilə əyləncəli təqdimatlar hazırlayacaq. Professional iş adamlarını qarşılayacaq stendləri ilə Google-un öz adında yeni bir məhsulu olmayacaq. Android ilə bağlı yenilikləri isə hər il ABŞ-da keçirilən Google I/O konfrasında təqdim edəcək.

HTC

Ötən il keçirilən MWC-də təqdim etdiyi One M9 modeli ilə uğur qazana bilməyən HTC yeni modeli M10-u bu il təqdim etməsi gözlənilir. Bundan əlavə şirkətin HTC Desire T7 modelli 6,9 düymlü planşet də təqdim etməsi ehtimal olunur. HTC həm də geyiniləbilən texnologiyalarda yeni qulaqcıq təqdim edə bilər.

Huawei

Ötən illərdə bazara təqdim etdiyi yeni modellərlə və keçən ay təqdim etdiyi Mate 8 modeli ilə maraqla qarşılanan Huawei bu il MWC-də P9 modelini tanıdacaq. Bundan əlavə, şirkətin orta qiymətli ağıllı saat da təqdim etməsi ehtimal olunur.

Lenovo/Motorola

Mobil telefon bazarında həm Lenovo, həm də Motorola markası ilə tanınan şirkətin bu il Moto markası adı altında yeni cihazları təqdim olunacaq. Bundan əlavə, Lenovo-nun Vibe seriyasına yeni modellər əlavə etməsi gözlənilir. Lenovo stendində bu il Moto seriyalı cihazların xüsusilə də geyiniləbilən texnoloji məhsulların təqdim olunması gözlənilir.

LG

Cənubi Koreya şirkəti LG bu il G Flex seriyalı yeni bir modelini Barselonada təqdim etməsi gözlənilir. LG-də Samsung kimi tədbirdən əvvəl xüsusi bir təqdimatla yeni modelini tanıdacaq.

Nokia

Bir zamanların əfsanəvi telefon modelləri ilə tanınan Nokia yeni platforma olaraq telefonlarında Android əməliyyat sistemindən istifadə etməsi ehtimal olunur. Mobil Dünya Konqresinin açılışından bir gün əvvəl Samsung-un təqdimatı ilə eyni vaxtda Nokia-nın da təqdimatı olacaq. Bundan əlavə, şirkətin 5G texnologiyası ilə bağlı açıqlamaları olacaq. Bu ilin sürprizlərindən biri də Nokia şirkətindən gözlənilir.

Qualcomm

Mobil telefonları prosessorlarla təmin edən Qualcomm bu il Snapdragon 820 prosessorunu MWC-də təqdim edəcək. Qualcomm şirkəti həm də stendində yeni prosessorun texnologiyalarını və ilk Snapdragon 820 prosessoruna malik telefonları təqdim edəcək. Bundan əlavə, Qualcomm da geyiniləbilən texnoloji məhsullarını təqdim edə bilər.

Xiaomi

Çin şirkəti Xiaomi Pekinlə eyni vaxtda Barselonada da təqdimat hazırlayaraq yuxarı səviyyəli bir telefon təqdim etməsi gözlənilir. Mİ 5 adlı yeni telefonun Qualcomm Snapdragon 820 prosessoru ilə təchiz olunduğu və Dual SIM dəstəyi xaricində hələki ətraflı məlumat yoxdur. Ehtimal olunur ki, MWC 2016-nın sürprizlərindən biri də Xiaomi şirkətindən olacaq.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə