Mobil əlavələrin ödənişsiz olması nə ilə bağlıdır?

25-09-2018 / 10:12

Play Store, Apple Store kimi şəbəkələrin bizə təqdim etdiyi mobil əlavələrin çoxu ödənişsizdir. Asan yüklənən, lakin yaradılmasına xeyli əmək sərf edilən bu mobil tətbiqlərin havayı təqdim edilməsi sual doğurur.

Xeberler.az  məlumat verir ki, mövzu ilə bağlı Finans.az-a danışan İKT mütəxəssisi Elşad Yusifli bu cür əlavələrin ödənişsiz təklif olunmasını biznes modellərinin müxtəlifliyi ilə əlaqələndirib:

“Bu cür proqramlar ya informasiya toplayır, ya reklam qarşılığında pul qazanır, ya da müəyyən bir istifadəçi sayı əldə edənə qədər ödənişsiz məhsul təqdim edir.”

Mütəxəssis bildirib ki, hansısa platformada ödənişsiz xidmət təklif olunursa, bu o deməkdir ki, kimsə gəlir məqsədilə istifadəçi məlumatından yararlana bilər:

"Ümumiyyətlə, indi data toplamaq çox geniş yayılmış bir metoddur.Əldə olunan məlumat bazası analiz edilərək şirkətlərə satılır və ya onların vasitəsilə cürbəcür reklam kampaniyaları aparılır. Yəni, sizə məhsul satılmırsa, deməli sizi məhsul kimi satırlar. Məsələn, əgər bir küçədə kafe açmağı planlaşdırırsınızsa, deməli sizə gənclərin həmin küçədən hansı aralıqda keçdiyini bilmək vacibdir. Bu məlumatı naviqasiya ilə bağlı hansısa bir mobil tətbiqetmədən ala bilərsiniz, çünki onlar o küçədən nə qədər gənc adamın keçdiyini, hansı zamanda o küçədə sıxlığın, hansı saatlarda seyrəkliyin olduğunu çox yaxşı bilirlər. Yəni, bəzi mobil proqramlar bu kimi məlumatı toplayıb analiz edərək, müxtəlif şirkətlərə satır və bu yolla biznes gəliri əldə edirlər."

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.