Mobil imza vergi xidmətlərindən istifadəni asanlaşdırır

02-11-2015 / 20:26

195 Çağrı Mərkəzində Asan İmza ilə vergi xidmətlərindən istifadə İnnovativ texnologiyalar sahəsində dünyada son illərin əlamətdar xidmətlərindən biri olan və toplumun xidmətində dayanan mobil rəqəmsal identifikasiya (mobil imza) xidməti vətəndaşlarla dövlət arasında qarşılıqlı ünsiyyətin sadələşdirilməsində və bürokratiya hallarının aradan qaldırılmasında ən effektiv vasitələrdən biridir.

Xeberler.az-ın məlumatına görə, mobil identifikasiya xidməti vətəndaşın bu və ya digər elektron xidmətdən fiziki olaraq olduğu yerdən asılı olmayaraq, sadəcə öz mobil telefonundan istifadə edərək asanlıqla və təhlükəsiz şəraitdə yararlanmasını nəzərdə tutur.

Əhaliyə xidmət göstərilməsində bu cür öncül yanaşma nümunələrindən biri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinin fəaliyyətində öz əksini tapır.

195 Çağrı Mərkəzi tərəfindən Azərbaycanın mobil identifikasiya və imza texnologiyası olan Asan İmzadan istifadə edilməklə vergi ödəyicilərinin istismarına verilmiş innovativ xidmətlər effektiv həll təqdim edir.

Belə ki, vergi ödəyiciləri kompüter və internetdən belə istifadəyə ehtiyac duymayaraq Çağrı Mərkəzinə müraciət edərək bu xidmətlərdən faydalana bilərlər. Bu zaman Çağrı Mərkəzinin operatoru müraciət edənin Asan İmza nömrəsini soruşur və sistem üzərindən onun nömrəsinə təsdiq mesajı (autentifikasiya PIN sorğusu) göndərir. Həmin mesaj vasitəsilə Çağrı Mərkəzinin sistemində autentifikasiya olunmaqla (mobil telefonunda Asan İmza autentifikasiya PIN kodunu daxil etməklə) vergi ödəyicisi sistemdə öz şəxsiyyətini təsdiq etmiş olur.

Daha sonra Çağrı Mərkəzinin operatoru vergi ödəyicisnin istifadə etmək istədiyi xidməti sistemdə seçir (misal üçün, vergi bəyannamələrinin göndərilməsi) və sonuncu operatora sistemə daxil edilməli olan məlumatları bildirir. Operator məlumatları sistemə daxil etdikdən sonra yaranacaq vergi öhdəliyini göstərən SMS bildirişi sistem üzərindən vergi ödəyicisinin mobil telefonuna göndərir.

Vergi ödəyicisi SMS şəklində gələn vergi bəyannaməsinin məlumatları ilə tanış olduqdan sonra Çağrı Mərkəzinin operatoru sistem üzərindən onun telefonuna imzalama PIN sorğusunu göndərir. Öz növbəsində, vergi ödəyicisi Asan İmza PIN2 kodunu mobil telefonunda daxil edərək bəyannaməni imzalayır və sənəd sistem tərəfindən qəbul olunur.

Pararlel olaraq, icra edilmiş əməliyyat barədə məlumatlar avtomatik olaraq vergi ödəyicisinin İnternet Vergi İdarəsində olan virtual kabinetində qeydə alınır.

Beləliklə, Asan İmzadan istifadə etməklə 195 Çağrı Mərkəzinə adi bir zənglə vergi bəyannaməsini operativ və asan şəkildə doldurmaq və vergi orqanına təqdim etmək mümkündür.

Artıq bir neçə Afrika dövləti əhalisinin maliyyə xidmətlərində iştirak səviyyəsinin artırılmasında və öz ölkələrində korrupsiya və rüşvətxorluğa qarşı effektiv mübarizə aləti kimi istifadə etmək üçün “Asan İmza” texnologiyasına böyük maraq göstərmişlər.

Onu da qeyd etmək lazımdır ki, haqqında bəhs edilən bu model elektron dövlət xidmətləri ilə yanaşı, şəxsiyyətin identifikasiyası tələb olunan istənilən özəl sektor elektron xidməti ilə də müvəffəqiyyətlə və tez zamanda inteqrasiya edilə bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.