“Mobil kitab rəfi” istifadəyə verilib

07-11-2013 / 07:18

Azərbaycan Gənclər Fondu gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün daha bir maarifləndirici layihəyə start verib.

Fonddan Xəbərlər-ə verilən məlumata görə, "Mobil kitab rəfi" adlandırılan mobil keçid vasitəsilə gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər. Hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.

Qeyd edək ki, gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metroda qatarlarda layihənin posterləri yerləşdirilib. Posterlərdə göstərilən kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil ola və kitab yükləyə bilərlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə