Mobil proqramla taksi sifariş edə biləcəksiniz

04-05-2015 / 20:15

“TaxiTap” Azərbaycanda ilk dəfə olaraq, mobil proqramdan istifadə edərək taksi sifarişi servisini tətbiq edib.

Şirkətdən bildirilib ki, dispetçerlərə zəng vurmadan sifariş yaxın məsafədə olan bütün taksi sürücülərinə dərhal yollanır.

Mobil proqram sifarişçinin yerini 10 metrə qədər dəqiqliklə təyin edir və ən yaxın ünvanı və yaxud yeri yazır. Tapılmış taksinin hərəkətinə xəritə üzərində nəzarət etmək olur. Hər gedişə görə bonus balları əlavə edilir. “Mənim sifarişlərim” adlı səhifədə gedişlərin tarixi və müfəssəl təsviri açıqlanır. Bu səhifədə sürücünün soyadı, adı, atasının adı, maşın haqqında məlumat, gediş xəritəsi və s. verilir.(AzərTac)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə