MOBİL TELEFONLAR ARILARI YOLUNDAN AZDIRIR

08-06-2010 / 05:56

 Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, bunu Hindistanın Pəncab Universiteti alimlərinin apardığı eksperimentin nəticələri göstərmişdir.
Tədqiqatçılar ehtimal edirlər ki, həşəratlara zərər verən mobil telefon aparatlarının yaratdığı elektromaqnit şüalarıdır.
Eksperiment zamanı alimlər 2 arı yuvasını müşahidə etmişlər. Birinci yuvada arıları 2 mobil telefonun elektromaqnit şüalarına məruz qoymuşlar. Burada telefonları gün ərzində 15 dəqiqə müddətinə işlək vəziyyətində saxlamışlar. İkinci yuvaya isə xaricdən heç bir təsir göstərilməmişdir. Eksperiment 3 ay davam etdirilmişdir. Nəticədə birinci yuvadakı arıların sayının digəri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə edilmişdir. Alimlər müşahidə etmişlər ki, şüalanmaya məruz qalan arılar bitkilərdəki tozcuqları toplayandan sonra öz yuvalarına qayıda bilmirlər. Onlar bunu arıların şüalanması səbəbindən məkanın səmtini müəyyən etmək qabiliyyətinin pisləşməsi ilə izah etmişlər. Şüalanmaya məruz qalan arılar yuvalarının yerini sadəcə olaraq tapa bilmirlər.
Təcrübə zamanı hətta arıların “istehsal” etdikləri min bir dərdin dərmanı olan balın miqdarı da azalmışdır.

mənbə: Azərtag.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə