Mobil telefonlara görə rüsum ödəniləcək

12-06-2018 / 18:33
Xeberler.az bildirir ki, dövlət rüsumu haqqında qanun layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, ölkəyə daxil olan mobil cihazlar dövlət qeydiyyatına alınarkən onlara rüsum tələb ediləcək.
 
Qanun layihəsi barədə millət vəkili Ziyad Səmədzadə məlumat verərək, qanuna edilən dəyişikliyin əhəmiyyətindən danışıb:
 
“Müşahidələr göstərir ki, mobil cihaz vasitələri şəxsi istifadə adı ilə ölkəyə gətirilir, sonra ayrı-ayrı şəxslərə satılır. Bunu müvafiq qurumların illik hesabatları da təsdiq edir. Dövlət Gömrük Komitəsinin 2017-ci il hesabatına görə, ötən il ölkəyə 800 min ədədə yaxın mobil cihaz rəsmi qaydada idxal edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, 2.8 milyon mobil cihaz qeydiyyata alınıb. Bu rəqəmlər arasında fərq 3.6 dəfə çoxdur. Qeyri-rəsmi bazarın ümumi bazarda payı çoxdur. Bu sahədə tənzimlənməyə ehtiyac var. Artıq marka və modellərindən asılı olaraq idxal edilən telefonlara, habelə bu cihazları ölkəyə gətirən fiziki şəxslərə rüsum tətbiq ediləcək”.

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.