Mobil telefonlara görə rüsum ödənilməsi qüvvəyə minib

20-09-2018 / 11:58

Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.

Xeberler.az  Trend-in məlumatına əsasən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri belə olacaq:

- Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat;

- Qeydiyyat üçün müraciət olunan tarixə bAzərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat;

Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlardan başqa digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı kimidir:

- bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;

- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;

- bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.