BAKİNTERNET VƏ AZTELEKOM İNTERNET QİYMƏTLƏRİNİ 2,5 DƏFƏ ENDİRDİLƏR

26-01-2009 / 15:29

Bir neçə müddət idi ki, İnternet ictimaiyyəti tariflərin hədsiz baha olmasından narazı idi və bununla mübarizə aparılırdı. Azərbaycan İnternet Forumu da tariflərin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Nazirliyinə dəfələrlə müraciətlər etmişdi. Internet qiymətlərinin kəskin aşağı salınması gözlənilirdi.

Məlumdur ki, bir neçə gün bundan əvvəl Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov qiymətlərin azı 2 dəfə endiriləcəyini bəyan etmişdi.

Beləliklə, bu gün məlum oldu ki,  Bakİnternet  və AzTelekom Provayderləri qiymətlər 2,5 dəfə endirmək qərarına  gəlib.

Indi Aztelekom və Bakinternet-də 1mbit/s limitsiz İnternetin qiyməti 130 manatdır.

Xatırladaq ki, endirimə qədər Bakinternet-də 1mbit/s İnternet sürəti 250 manat, Aztelekom-da isə 350 manat idi.

Yeni Qiymətlər 2009-cu il fevralın 1-dən qüvvəyə minəcək.

Digər tariflər haqda http://www.bakinter.net http://www.aztelekom.net saytlarından ətraflı məlumat əldə edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə