Dünya 4G texnologiyasından istifadə edəcək

21-08-2009 / 12:46

Dünyanın qabaqcıl telekommunikasiya şirkətlərindən olan “Verizon Vireless” 4G-ni sınaqdan keçirib. Şirkət ABŞ-ın Boston və Seatle şəhərləri arasında keçirdiyi testlər uğurla tamamlayıb. Test mərhələsində video, fayl endirmə və yükləmə, internetdə gəzinti ilə yanaşı, səs transferi 4G üzərindən sınanıb. Bu sayədə gerçək mənada cibdən yüksək keyfiyyətli video izləmək və gerçək oyunlar oynamaq mümkün olacaq.

Verizon-un şərhinə görə, 4G ilə, mobil internet əlaqələri 3G-yə nisbətən 5 -10 qat daha sürətli olacaq. Verizon 2009 ili üçün yalnız 2 şəhəri pilot bölgə olaraq seçib və burada 4G xidmətinin testlərini edəcək. Qeyd edək ki, “Verizon Vireless” ilk 4G şəbəkəsini 2010-cu ilin əvvəllərində 100 milyon abunəçisinə açmağı hədəfləyir. Xidmətin bütün ABŞ-a yayılması isə 2013-cü ilə qədər çəkəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.