Monteneqro Azərbaycanın e-hökumət modelindən istifadə edəcək

16-01-2018 / 13:01

Dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik.

Xeberler.az bildirir ki, bunu Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində deyib.

Nazir müsahibəsində qeyd edib ki, nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir.

S.Pribiloviç ASAN xidmət təcrübəsinə də toxunub: “Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xususiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır”.

Qeyd edək ki, 4-5 iyul 2017-ci il tarixində Monteneqronun Dövlət İdarəçiliyi naziri S.Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə