Motoroladan yeni Qwerty telefonu

27-11-2008 / 19:35

Yeni Motorola QWERTY-telefonunun şəkilləri artıq İnternetdə yayılıb. Telefon QA30 indeksinə və gözəl dizayna malikdir. Onun yığcam ölçüləri elə təsürat yaradır ki, o, baza səviyyəsindədir. Lakin əslində belə deyil. Telefonda məlumat ötürülməsində hətta HSDPA kimi müasir texnologiyalardan istifadə olunub. (rəsmən təsdiqlənməyib)

Ümumiyyətlə, telefon CDMA şəbəkələri üçün nəzərdə tutulub. Şayələrə inansaq, GSM şəbəkələrində işləyəcəyi də deyilir. QA30 modelində 2,5 düymlük ekran, yüksəksəviyyəli bütöv qwerty-klaviatura, 2 meqapiksellik kamera, 32 GB həcmlik microSD və microSDHC kartları üçün yer mövcuddur.

Bəzi məlumatlara görə, telefonun satış hüququnu Alltel mobil rabitə operatoru alıb, lakin bunu nə Motorola, nə də Alltel təsdiqləyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə