Mozilla Firefox-u yeniləyib

25-09-2008 / 11:54

Mozilla Firefox 2 və 3 brauzerləri üçün yenilənmələr edib. Firefox 2 üçün 14, Firefox 3 üçün 11 düzəliş edilib.
Yenilənmədən sonra istifadəçilərin kompüterində Firefox 3-ün yeni versiyası - 3.0.2, 2-ci üçün isə Firefox 2.0.0.17 versiyası təqdim ediləcək.

Mozilla, istifadəçiləri yeni versiyanı yükləməyə çağırır. Belə ki, brauzerin yenilənməsi bütün əsas sistemləri - JavaScript sürgüsündən qrafik faylların renerinq sisteminə qədər əhatə edib. Bununla yanaşı, brauzerin stabilliyi artmış və qəzaya səbəb olan zərərli kodlardan müdafiə əlavə olunmuşdur. Buferin həddən artıq doldurulmasına da nəzarət edilib.
Onu da qeyd edirlər ki, brauzerin status sətrinin bəzi konfiqurasiyalarında “irəli” və “geri” komandalarını verən düymələrinin olmaması qüsuru da aradan qaldırılıb.
Hazırda Windows, Mac OS və Linux əməliyyat sistemləri üçün yenilənmə yerinə yetirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə