MSK səsvermənin nəticələrini açıqladı-İlham Əliyev birincidir

12-04-2018 / 00:38

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.

Xeberler.az məlumat verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən 5 min 201-i MSK-ya hesabat verib, sayılan bülletenlərin sayı 3 milyon 723 min 278-dir.

O, bildirib ki, sayılan bülletenlərə əsasən prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86% səslə birincidir.

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc -3,11 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,39%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,75 % səs toplayıb.(Report)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.