MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015 / 18:40

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə,iclasda “Lider TV və Radio Azərbaycan” MMC və “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib.

İclasda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.5.3-cü bəndinin tələblərini icra etmədiyinə və Milli Televiziya və Radio Şurasının bununla bağlı tövsiyə və göstərişlərini yerinə yetirmədiyinə, həmçinin “Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.4, 35.7-ci maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq   edilib.

Eyni zamanda «Televiziya və radio yayımı haqqında» Qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin və “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 15.3-cü maddəsinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə də ciddi  xəbərdarlıq olunub.

İclasda həmçinin kabel televiziyası yayımı sahəsindəki mövcud vəziyyət müzakirə olunmuş və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti qeyd edilmişdir. Eyni zamanda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 30.2-ci maddəsinə və Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.1-ci bəndinə uyğun olaraq kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri ilə bağlı  bir sıra qərarlar qəbul edilib.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.