MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009 / 10:41

“Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Şura sədri bildirib ki, Azərbaycan qanunvericiliyi milli tezlikdə hər hansı xarici radio və televiziya yayımına imkan vermir: “Ona görə də, bu məsələni bitmiş hesab edirəm” .

Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarı ilə “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının yerli FM tezliyində yayımı qadağan edilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.