MTRŞ: “Gündəlikdə yeni televiziyanın açılması yoxdur”

19-10-2009 / 19:36

“Gündəlikdə yeni televiziyanın açılması məsələsi yoxdur”. Bu barədə ANS PRESS-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanda yeni televiziyanın açılacağı barədə mətbuatda yazılanlar uydurmadır.

Qeyd edək ki, "Yeni Müsavat" qəzeti yaxın zamanda Azərbaycanda NTV adlı yeni telekanalın fəaliyyətə başlayacağını yazıb. Qəzetin yazdığına görə, Baş direktorluğunu tanınmış aparıcı Nərgiz Cəlilovanın edəcəyi telekanalda şoumen Murad Dadaşovun da strateji statusda təmsil olunacağı gözlənilir. Mənbənin məlumatına görə, kanal dekabrın 23-də efirə çıxacaq.

Trend Life-ın yazdığına görə isə Azərbaycanda ilk dəfə Show kanal yaranacaq. Bu kanal dünya və yerli şou-biznesi işıqlandıracaq. Digər kanallarda şou xarakterli proqramlara isə kvota qoyulacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə