Müasir internetin yaradıcılarından biri vəfat edib

08-02-2018 / 13:13

Müasir internetin yaradıcılarından, ABŞ-ın kiberməkanda hüquqların qorunması ilə məşğul olan Electronic Frontier Foundation (EFF) qeyri-hökumət təşkilatının təsisçisi amerikalı Con Perri Barlou 70 yaşında dünyasını dəyişib.

Xeberler.az xarici mediaya itinadən məlumat verir ki, o, yuxuda olan zaman vəfat edib.

C.Barlou 1990-cı ildə elektron rabitə vasitələri istifadəçilərinin hüquqlarını qoruyan “Electronic Frontier Foundation” hüquq müdafiə təşkilatının yaradılmasında iştirak edib.

Bundan başqa, o, internetə həsr edilən işlərlə məşhurlaşıb. Həmçinin C.Barlou 70-ci illərdə gitaraçı Bob Veyrlə birlikdə ABŞ-ın “Grateful Dead” rok qrupu üçün bir neçə mahnı yazıb. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə