Müəllimlər arasında proqramlaşdırma üzə yarışlar keçiriləcək

28-10-2016 / 13:45

İnformatika.edu.az  saytında 2016 – 2017-ci tədris ili üçün yeni tədbirlərin mövsümü başlayıb.

Xeberler.az-ın məlumatına görə, saytda qeyd edilib ki, resursa hər həftə yeni məsələlər və maraqlı materiallar yerləşdiriləcək, müxtəlif yarışlar keçiriləcək.

Fizika-riyaziyyat elmləri namizədi, Məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə saytda müəllimlərə müraciət də ünvanlayıb:

“Şagirdlərinizlə iş zamanı saytdakı məsələlərdən istifadə edin. Onlara daha çox məsələ həll etməyi tövsiyə edin. Şagirdlərinizə izah edin ki, yalnız çoxlu məsələ həll etməklə onlar əsrimizin ən çətin, ən müasir və ən nüfuzlu peşəsi olan proqramlaşdırma peşəsini öyrənə bilərlər”.

Ramin Mahmudzadə qeyd edib ki, dekabr ayından etibarən müəllimlər arasında proqramlaşdırma üzrə yarışların keçirilməsi planlaşdırılır. Məlumata görə, qaliblər müxtəlif məbləğdə pul mükafatları ilə təltif olunacaq:

“Proqramları С++, Python, Pascal dillərində yazmaq olar. Yarışlara hazırlaşmaq üçün hazırda saytda olan məsələləri həll etmək olar. Yarışın əsasnaməsi və keçirilmə qaydaları saytda yerləşdiriləcək”.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə