Müəllimlərin işə götürülməsi üzrə elektron ərizə qəbulu başa çatıb

16-07-2015 / 12:42

Azərbaycanda 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Xəbərlər-ə verilən xəbərə görə, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 1-15-də aparılıb. Müsabiqənin birinci mərhələsi - test imtahanları iyulun 20-26-da keçiriləcək.

Müvafiq olaraq, testdən keçənlərin müsahibə mərhələsi isə iyulun 28-dən avqustun 2-dək davam edəcək. İlkin məlumatlara görə, müəllimlərin işə qəbulu üzrə 23 000-dən çox müraciət olub, onlardan 20 000-dən çoxunun ərizəsi qəbul olunub.  

Müsabiqədə iştirak etmək üçün www.edu.gov.az saytından “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır.

Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla, namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə