Mühəndis-pedaqoji heyətin nəzərinə

07-10-2017 / 12:18

Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Sonradan həmin müəssisələr üzrə vakant yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq.

Xeberler.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev jurnalistlərə açıqlamasında bildirib:

“Bakıda demək olar ki, optimallaşma prosesi aparılıb, nəticədə müəssisələr birləşib və yaxın gələcəkdə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.

F.Mustafayevin sözlərinə görə, optimallaşdırma aparılmayan müəssisələrdə isə çatışmayan müəllimlərin yerləşdirilməsi cari məsələdir. Təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə ilə həyata keçirilir.

Peşə təhsili sisteminin peşəkar kadrlarla təminatı məsələsinə gəlincə, F.Mustafayev bildirib ki, bu məsələ də beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən görüşlərdə diqqət mərkəzindədir.

“Burada, əlbəttə, peşə təhsilinin mövzusu olan əməkhaqqı sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının ilkin vəziyyətdən daha yüksək səviyyədə müəyyənləşdirilməsi bir problem olaraq qarşımızda durur. Burada biz həm dövlətin, həm də özəl sektorun iştirakını gözləyirik”.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.